Dövlət başçısı: "Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik"

Dövlət başçısı: "Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik" "Gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaq"
Hərbi
9 İyul , 2018 22:48
Dövlət başçısı: Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik
Report

Bakı. 9 iyul. REPORT.AZ/ "Bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərdi".

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

"Azərbaycan ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik - həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaq.

Son xəbərlər

Orphus sistemi