“Dəniz kuboku” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib

“Dəniz kuboku” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib Avqustun 8-də Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin hakimlər komissiyasının formalaşdırılması üzrə təşkilati müşavirə keçirilib. İştirakçı dövlətləri
Hərbi
8 Avqust , 2022 17:24
“Dəniz kuboku” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib

Avqustun 8-də Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin hakimlər komissiyasının formalaşdırılması üzrə təşkilati müşavirə keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

İştirakçı dövlətlərin nümayəndələrinin qatıldığı tədbirdə təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib, hakimlər heyətinin tərkibi və müsabiqənin epizodlarının icra olunacağı yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.

Həmçinin müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirak etdiyi "Dəniz kuboku" müsabiqəsi cari ilin avqust ayının 13-dən 27-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi