“Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib

“Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib Hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub
Hərbi
15 Mart , 2017 16:13
“Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib

Bakı. 15 mart. REPORT.AZ/ Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İranın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku - 2017” beynəlxalq yarışının Azərbaycanda keçirilməsinin əlamətdar hadisə olduğu vurğulanıb, hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub.

Bildirilib ki, “Dəniz Kuboku -2017” artilleriya atışı, gəminin davamlılığı uğrunda mübarizə, dəniz və xilasetmə hazırlığı üzrə yarışlardan ibarət olmaqla üç mərhələdə keçiriləcək.

“Dəniz Kuboku -2017”də iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi