Çingiz Əsgərov: "Ermənistan azərbaycanlıların doğma yurduna qayıtmasına mane olur"

Çingiz Əsgərov: "Ermənistan azərbaycanlıların doğma yurduna qayıtmasına mane olur" "Ermənistan azərbaycanlıların doğma yurduna qayıtmasına mane olur".
Hərbi
19 Oktyabr , 2022 11:31
Çingiz Əsgərov: Ermənistan azərbaycanlıların doğma yurduna qayıtmasına mane olur
Çingiz Əsgərov

"Ermənistan azərbaycanlıların doğma yurduna qayıtmasına mane olur".

"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.

O bildirib ki, ermənilər işğal olunmuş ərazilərdən qaçarkən basdırdıqları minalar insanların həyatı üçün təhlükə yaradır: "Buna görə Ermənistan məsuliyyət daşıyır".

Ç.Əsgərovun sözlərinə görə, əsas məqsəd insanların təhlükəsizliyini təmin etmək və xəritələri əldə etməkdir: "Beynəlxalq hüquqa görə qarşı tərəf xəritələri təqdim etməlidir. Rəsmi İrəvanın bu istiqamətdə addım atmaması beynəlxalq hüququn pozulmasıdır. Bu isə daha çox insanın həlak olması deməkdir".

Son xəbərlər

Orphus sistemi