Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə tədbirlər keçirilir

Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə tədbirlər keçirilir Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2020-ci il üçün birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda həyata keçirilən fəaliyyətlər davam edir.
Hərbi
982
17 Avqust , 2020 12:52
Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə tədbirlər keçirilir

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2020-ci il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Ordusunda həyata keçirilən fəaliyyətlər davam edir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olaraq hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüblər.

Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Tədbirlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb.

Hərbi qulluqçularla söhbətlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və onları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Birgə fəaliyyət planına uyğun olaraq Respublika Hərbi Prokurorluğu və Qarnizon Hərbi Prokurorluğu nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə keçirilən hüquqi maarifləndirmə tədbirləri davam edir.

Son xəbərlər

Orphus sistemi