Bakı. 14 avqust. REPORT.AZ/ Avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu nümayəndə heyəti ilə birgə Azərbaycana işgüzar səfərə gələcək.
"Report" Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər avqustun 15-dək davam edəcək.
Qeyd edək ki, avqustun 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyaya işgüzar səfərə getmişdi.