​Bu gün Azərbaycanın bütün hərbi hissələrində “Açıq qapı” günü keçirilir

​Bu gün Azərbaycanın bütün hərbi hissələrində “Açıq qapı” günü keçirilir Tədbir müdafiə naziri Zakir Həsənovun müvafiq göstərişinə əsasən baş tutub
Hərbi
25 Oktyabr , 2015 12:42
​Bu gün Azərbaycanın bütün hərbi hissələrində “Açıq qapı” günü keçirilir

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən baş tutub.

Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olublar.

Bundan əlavə, valideynlər hərbi hissələrin komandanlığı ilə görüşərək onları maraqlandıran suallara ətraflı cavab ala biliblər.

Son xəbərlər

Orphus sistemi