Ötən gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Ötən gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib Martın 17-də hərbi qulluqçuların valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Hərbi
18 Mart , 2019 02:16
Ötən gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Martın 17-də hərbi qulluqçuların valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

“Report” xəbər verir ki, Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, sualları cavablandırılıb.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin, eləcə də digər incəsənət kollektivlərinin, tanınmış müğənnilərin iştirakı ilə təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

Son xəbərlər

Orphus sistemi