Britaniyalı mütəxəssislər azərbaycanlı hərbçilərə təlim keçirlər

Britaniyalı mütəxəssislər azərbaycanlı hərbçilərə təlim keçirlər Azərbaycan Silahlı Qüvvələrinin seçilmiş zabitlərinə Böyük Britaniya mütəxəssisləri 2 həftəlik təlim keçirlər.
Hərbi
25 Yanvar , 2023 17:07
Britaniyalı mütəxəssislər azərbaycanlı hərbçilərə təlim keçirlər

Böyük Britaniyanın hərbi mütəxəssisləri Azərbaycana gəlib.

Bu barədə “Report”a Britaniyanın Bakıdakı səfirliyindən bildirilib.

Məlumata görə, mütəxəssislər iki həftə ərzində Azərbaycan Silahlı Qüvvələrinin seçilmiş zabitlərinə təlim keçəcəklər.

Təlim çərçivəsində ərazilərin minalardan təmizlənməsi ilə bağı təcrübə münadiləsi aparılır.

Məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən proqram çərçivəsində zabitlərə partlayıcı təhlükələrdən məlumatlılıq ilə bağlı bir çox sahələrdə nəzəri və praktiki təlimlər keçirilir.

Son xəbərlər

Orphus sistemi