BQXK və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 10 min bioloji nümunə toplayıb

BQXK və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 10 min bioloji nümunə toplayıb “Bu yaxınlarda bütün ölkə üzrə itkin düşmüş şəxslərin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə təqribən 10 min bioloji nümunə toplanılıb”.
Hərbi
4 Oktyabr , 2022 15:12
BQXK və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 10 min bioloji nümunə toplayıb

“Bu yaxınlarda bütün ölkə üzrə itkin düşmüş şəxslərin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təqribən 10 min bioloji nümunə toplanılıb”.

Bunu “Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, bu bioloji nümunələr Dövlət Komissiyasının xüsusi saxlanc yerlərində saxlanılır:

“Həmin bioloji nümunələrdən DNT profilinin çıxarılmasına başlanılıb. Həmin məlumatlar imkan yaradacaq ki, ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyi tez bir zamanda müəyyənləşdirilsin”.

Son xəbərlər

Orphus sistemi