BQXK: Azərbaycanlı hərbçinin meyiti geri qaytarılıb

BQXK: Azərbaycanlı hərbçinin meyiti geri qaytarılıb Təhvilvermə beynəlxalq sərhəddə İcevan və Qazax şəhərləri arasındakı yolda baş tutub
Hərbi
2022
5 Fevral , 2017 13:57
BQXK: Azərbaycanlı hərbçinin meyiti geri qaytarılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı azərbaycanlı hərbçinin meyiti geri qaytarılıb.

BQXK-dan "Report"a verilən məlumata görə, təhvilvermə beynəlxalq sərhəddə - Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub.

29 dekabr 2016-cı ildə beynəlxalq sərhəddə baş verən hadisədən dərhal sonra BQXK, əsgərin nəşinin qaytarılması üçün öz neytral vasitəçi xidmətlərini təklif edib.

Keçən il Dağlıq Qarabağ münaqişəsinin aprel gərginləşməsindən sonra BQXK, tərəflərə bir neçə dəfə meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin, meyitlərin qaytarılmasında da yardımçı olub.

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyətini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi