“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının bağlanış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının bağlanış mərasimi keçirilib Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfənd
Hərbi
446
4 Sentyabr , 2021 23:06
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının bağlanış mərasimi keçirilib

Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən "Mədəniyyət Ordusu" müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.
Tədbir atəşfəşanlıqla sona çatıb.
Qeyd edək ki, Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak edib.

Son xəbərlər

Orphus sistemi