Azərbaycan hərbçiləri Rusiyadan Vətənə qayıdıb

Azərbaycan hərbçiləri Rusiyadan Vətənə qayıdıb “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Tank biatlonu” və "Mədəniyyət Ordusu" müsabiqələrində iştirak edən komandalarımız Bakıya qayıdıb.
Hərbi
7 Sentyabr , 2021 19:11
Azərbaycan hərbçiləri Rusiyadan Vətənə qayıdıb

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Tank biatlonu” və "Mədəniyyət Ordusu" müsabiqələrində iştirak edən komandalarımız Bakıya qayıdıb.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müsabiqələrdə uğurla çıxış edən hərbçilərimizin qarşılanma mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək yüksək nəticələr göstərib.

Son xəbərlər

Orphus sistemi