Belarusda Azərbaycanın Milli Qəhrəmanının xatirəsi anılıb

Belarusda Azərbaycanın Milli Qəhrəmanının xatirəsi anılıb Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları və hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edərək önünə gül dəstə
Hərbi
29 Mart , 2023 15:13
Belarusda Azərbaycanın Milli Qəhrəmanının xatirəsi anılıb

Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları və hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Sonra Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviç də ziyarət olunub, onun səhhəti və qayğıları ilə yaxından maraqlanılıb.

1992-ci ilin iyunun 13-də döyüşlərin birində qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaətinin Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin hər iki ölkədə daim ehtiramla yad olunduğu xüsusi qeyd edilib.

K.Davidoviç oğlunun xatirəsinə olan ehtirama, eləcə də özünə göstərilən diqqət və qayğıya görə Azərbaycanın Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, o cümlədən Azərbaycan dövlətinin Belarusdakı səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.

Milli Qəhrəmanın anası, həmçinin 2019-cu ildə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun onu xəstəxanada ziyarət etməsini məmnuniyyət hissi ilə xatırlayıb.

Son xəbərlər

Orphus sistemi