Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub

Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.
Hərbi
22 iyun 2023 15:17
Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.

K.Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.

Sonra bir qrup hərbçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi