Sabah Bakıda NATO Qüvvələrinin Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olacaq

Sabah Bakıda NATO Qüvvələrinin Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olacaq Bakı. 11 dekabr. REPORT.AZ/ Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçiriləcək.
Hərbi
102
11 Dekabr , 2018 19:27
Sabah Bakıda NATO Qüvvələrinin Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçiriləcək.

"Report" Azərbaycan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən dekabrın 11-də Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib.  

O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib. 

K.Skaparrotti Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi