Bakıda minaatan mərmisi tapılıb

Bakıda minaatan mərmisi tapılıb Mərmi zərərsizləşdirilməsi üçün götürülüb
Hərbi
3 Noyabr , 2016 16:36
Bakıda minaatan mərmisi tapılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Paytaxtın Yasamal rayonunda minaatan mərmisi tapılıb. 

Bu barədə “Report”a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.  

Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində qazıntı işləri aparılan əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri ilə birgə baxış keçirilib. Nəticədə 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkar edilərək, zərərsizləşdirilməsi üçün FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən götürülüb.

Ümumilikdə ANAMA aprelin 7-dən noyabrın 3-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi