Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, yüngül atletika, güləş, pentatlon, futbol və voleybol üzrə təşkil olunacaq yarışlarda 100-dən artıq hərbi idmançı iştirak edir.
Yarışlar aprelin 21-dək davam edəcək.






