Bakıda keçirilən "ƏİK Məlumat Bazası" kursu başa çatıb

Bakıda keçirilən "ƏİK Məlumat Bazası" kursu başa çatıb NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC EF Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.
Hərbi
30 Sentyabr , 2022 10:01
Bakıda keçirilən ƏİK Məlumat Bazası kursu başa çatıb

NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.

Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.

Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi