Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib İyunun 16-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib. Azərbaycan, Rusiya, Qazaxıs
Hərbi
16 İyun , 2022 16:18
Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

İyunun 16-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku" müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

Qeyd edək ki, "Dəniz kuboku" müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi