Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün “Dəniz kuboku - 2018” müsabiqəsi hakimlərinin seminarı keçirilib.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə bütün iştirakçı ölkələrin nümayəndələri iştirak ediblər. Müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, xüsusilə də mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə edib, hakimlərin səlahiyyətləri və vəzifələrini müəyyən ediblər.