Bakıda Azərbaycan və Belarus generalları arasında görüş keçirilib

Bakıda Azərbaycan və Belarus generalları arasında görüş keçirilib Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus Müdafiə Nazirliyi arasında imzalanan 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.
Hərbi
24 May , 2019 16:01
Bakıda Azərbaycan və Belarus generalları arasında görüş keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus Müdafiə Nazirliyi arasında imzalanan 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib. 

Mayın 24-də Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi, general-mayor Zakir Ağayev Bakıda səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi