Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi başlayıb - VİDEO - YENİLƏNİB

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi başlayıb - VİDEO - YENİLƏNİB Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin başlanması ilə əlaqədar brifinq keçirilib.
Hərbi
2 Sentyabr , 2019 16:30
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi başlayıb - VİDEO - YENİLƏNİB

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin başlanması ilə əlaqədar brifinq keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edənlər keçirilən təlimin hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində və uzlaşmanın təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.

Qeyd olunub ki, hər üç ölkənin ərazisindən keçən beynəlxalq əhəmiyyətli birgə strateji layihələrin təhlükəsizliyinin təmin olunması üzrə iştirakçıların biliklərinin artırılmasında, onların əməliyyat, təlim və analitik bacarıqlarının inkişaf etdirilməsində, həmçinin mühafizə fəaliyyətini həyata keçirən bölmələr arasında qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsində bu təlim mühüm əhəmiyyət kəsb edir.


*** 09:59

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Türkiyə və Gürcüstan hərbi qulluqçuları “Eternity-2019” təlimində iştirak etmək üçün Azərbaycana gəlib.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edirlər.

Təlim sentyabrın 6-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi