Azərbaycanın raket və artilleriya birləşmələri PUA-larla döyüş atışlı təlimlər keçirib

Azərbaycanın raket və artilleriya birləşmələri PUA-larla döyüş atışlı təlimlər keçirib Döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib
Hərbi
12 Oktyabr , 2017 17:30
Azərbaycanın raket və artilleriya birləşmələri PUA-larla döyüş atışlı təlimlər keçirib
Mod.gov.az

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.

Son xəbərlər

Orphus sistemi