Azərbaycan ilə Qazaxıstan arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin hərbi qulluqçuları bu ölkəyə səfər edib.
Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfərin proqramına uyğun olaraq nümayəndə heyətinə qoşun xidməti və hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik və digər mövzularda brifinq təqdim olunub.
Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.


