Azərbaycanın müdafiə nazirinin İsrailə rəsmi səfəri başlayıb

Azərbaycanın müdafiə nazirinin İsrailə rəsmi səfəri başlayıb Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşəcək
Hərbi
107
11 Sentyabr , 2017 09:29
Azərbaycanın müdafiə nazirinin İsrailə rəsmi səfəri başlayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi