Azərbaycanın müdafiə naziri İsraildə “Yad Vaşem” memorial kompleksini ziyarət edib

Azərbaycanın müdafiə naziri İsraildə “Yad Vaşem” memorial kompleksini ziyarət edib Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub və xatirə kitabını imzalayıb
Hərbi
12 Sentyabr , 2017 10:53
Azərbaycanın müdafiə naziri İsraildə “Yad Vaşem” memorial kompleksini ziyarət edib
Mod.gov.az

Bakı. 12 sentyabr. REPORT.AZ/ İsraildə səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya Müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan “Yad Vaşem” memorial kompleksini ziyarət edib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub və xatirə kitabını imzalayıb.

Son xəbərlər

Orphus sistemi