Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedib

Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedib Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub
Hərbi
28 Mart , 2018 10:06
Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedib

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə bu gün Ankaraya rəsmi səfərə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi