​Azərbaycanın müdafiə naziri “Kazakhstan Aselsan Engineering”də olub

​Azərbaycanın müdafiə naziri “Kazakhstan Aselsan Engineering”də olub Zakir Həsənov Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birini də ziyarət edib
Hərbi
4 Noyabr , 2015 17:35
​Azərbaycanın müdafiə naziri “Kazakhstan Aselsan Engineering”də olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 4-də bu ölkənin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering”də olub. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron-optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti məhsulların hazırlanması sahələrinə və sınaq sexlərinə də baxıb.

Sonra Azərbaycanın müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birini ziyarət edib. Burada general-polkovnik Z.Həsənov hərbi desant kompleksi, hərbi hissənin silah və texnika sərgisi ilə tanış olub. Müdafiə naziri şəxsi heyət tərəfindən nümayiş olunan binaya hücum, gecə və gündüz rejimində müxtəlif silahlardan atəş açma və manelər zolağının dəf edilməsi məşqlərini də izləyib.

Azərbaycanın Müdafiə nazirinin Qazaxıstana səfəri noyabrın 5-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi