Azərbaycanın müdafiə naziri BMT-nin toplantısında iştirak edib

Azərbaycanın müdafiə naziri BMT-nin toplantısında iştirak edib Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-a işgüzar səfəri çərçivəsində martın 29-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edib.
Hərbi
29 Mart , 2019 19:34
Azərbaycanın müdafiə naziri BMT-nin toplantısında iştirak edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-a işgüzar səfəri çərçivəsində martın 29-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşlərin davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da sürətləndirilməsi xarakteri daşıyan toplantıda beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığa nail olunması və digər məsələlər müzakirə olunub.

Toplantıda həmçinin sülhməramlı əməliyyatların planlaşdırılması işinin daha da yaxşılaşdırılmasına, qəbul edilən qərarların icrasına dərhal başlanılmasına, BMT sülhməramlılarının gələcək təminatına və təlimlərinə, münaqişə zonalarında mülki əhalinin, xüsusilə qadın və uşaqların qorunmasına dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi