Azərbaycanın Müdafiə naziri Belarusa səfər edəcək

Azərbaycanın Müdafiə naziri Belarusa səfər edəcək Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.
Hərbi
1 İyul , 2019 17:29
Azərbaycanın Müdafiə naziri Belarusa səfər edəcək

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin Mətuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi