Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb - VİDEO

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb - VİDEO Moskva vilayətindəki “Patriot” parkında yerləşən Azarkeşlər klubunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında bir qrup hərbi qulluqçu müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Hərbi
15 Avqust , 2019 13:37
Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb - VİDEO

Moskva vilayətindəki “Patriot” parkında yerləşən Azarkeşlər klubunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında bir qrup hərbi qulluqçu müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, mükafatlandırılanlar arasında “Tank biatlonu” müsabiqəsində ölkəmizi təmsil edən gizir Samir İsgəndərov medalla və "Səhra mətbəxi" müsabiqəsində iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu əsgər Sona Həmzəyeva qiymətli hədiyyə ilə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi