Azərbaycanın hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan tədbirlər planı hərbi attaşelərə təqdim edilib

Azərbaycanın hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan tədbirlər planı hərbi attaşelərə təqdim edilib Xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri ilə görüş keçirilib
Hərbi
30 Yanvar , 2016 15:47
Azərbaycanın hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan tədbirlər planı hərbi attaşelərə təqdim edilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xarici dövlətlərin Azərbaycandakı səfirlikləri nəzdində fəaliyyət göstərən 15 ölkənin hərbi attaşesi və Hərbi Attaşelik Aparatlarının nümayəndələri nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin yeni binası ilə tanış olublar.

Qonaqlar ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyətini əks etdirən xatirə zalını ziyarət edib, Prezident İlham Əliyevin xarici siyasətini əks etdirən stendlərlə tanış olublar, eləcə də onlara Azərbaycan tarixi, dövlət rəmzləri və atributları haqqında ətraflı məlumat çatdırılıb.

Hərbi əməkdaşlıq çərçivəsində danışıqların keçirildiyi görüş otaqları, müxtəlif tədbirlərin təşkili üçün müasir texniki vasitələrlə təchiz olunan sinif və konfrans zalları qonaqlara təqdim olunub.

Görüşün proqramına əsasən qonaqlara idarənin yerləşdiyi hərbi şəhərciyin yaranma tarixi barədə məlumat verilib və 2016-cı il ərzində hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan tədbirlər planı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi