Azərbaycanda yeni pilotsuz uçuş aparatı istehsal olunacaq

Azərbaycanda yeni pilotsuz uçuş aparatı istehsal olunacaq Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda “Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur.
Hərbi
1356
25 Sentyabr , 2018 16:54
Azərbaycanda yeni pilotsuz uçuş aparatı istehsal olunacaq
Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda “Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur. 

“Report” xəbər verir ki, həmin dronun maketi Bakıda keçirilən "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində bu gün təqdim olunub.

Sözügedən uçuş vasitəsinin İsrailin “Aeronautics” şirkətilə müştərək əsasla "Azad Systems" müəsisəsində istehsal olunacağı güman edilir.

Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan kvadrokopter olan “Pegasus120” 75 kiloqramadək yükləri 40 kilometrədək məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir.

Son xəbərlər

Orphus sistemi