Azərbaycanda tibb bacılarına çavuş hərbi rütbəsi verilib

Azərbaycanda tibb bacılarına çavuş hərbi rütbəsi verilib Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasından 23 il ötür
Hərbi
15 Aprel , 2015 17:05
Azərbaycanda tibb bacılarına çavuş hərbi rütbəsi verilib

Bakı. 15 aprel. REPORT.AZ/ Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranması günü münasibəti ilə tibb müəssisəsində tədbir keçirilib. 

Müdafiə Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbirdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edib.

Tibb xidməti zabitləri Vaqif İbrahimov, Eldar Əliyev, Asif Qurbanov, Firudin Qarabəyov və başqaları isə çıxışlarında hospitalın şəxsi heyətini təbrik ediblər.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsi və Baş Klinik Hospitalın rəislərinin əmrləri ilə bir qrup zabitə təşəkkür elan edilib, fəxri fərmanlar təqdim olunub. Bir neçə tibb bacısına isə çavuş hərbi rütbəsi verilib.

Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranma tarixindən və inkişaf yolundan bəhs edən film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi