Azərbaycanda federasiya prezidentinə nazirlikdə vəzifə verilib

Azərbaycanda federasiya prezidentinə nazirlikdə vəzifə verilib Müdafiə Sənayesi Nazirliyinə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru Telman Məlikov vəzifəsindən azad edilib.
Hərbi
28 İyul , 2020 17:02
Azərbaycanda federasiya prezidentinə nazirlikdə vəzifə verilib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru Telman Məlikov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, müəssisəyə rəhbərlik Maarif Bağırova həvalə olunub.

O, bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarını qida ilə təchiz edən “Xəzər İaşə” MMC-nin ümumi məsələlər üzrə direktor müavini işləyib. Yeni direktor paralel olaraq Azərbaycan Aşihara Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi