Azərbaycanda çağırışçılar arasında koronavirusa yoluxma qeydə alınıb

Azərbaycanda çağırışçılar arasında koronavirusa yoluxma qeydə alınıb Koronavirus dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirildi, bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dezinfeksiya olundu.
Hərbi
2617
21 İyun , 2020 22:22
Azərbaycanda çağırışçılar arasında koronavirusa yoluxma qeydə alınıb

"Koronavirus dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirildi, bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dezinfeksiya olundu".

"Report" xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" televiziyasına müsahibəsində Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.

"Şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir. Eyni zamanda bizim laboratoriyalarımız var və analizləri də özümüz aparırıq. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti böyük dəstək oldu. 

Ümumiyyətlə, Ali Baş Komandan orduda gedən prosesləri ciddi nəzarətdə saxlayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da orduda gedən məsələləri ciddi nəzarətdə saxlayır, göstərişlər verir, dəstək olur. Pandemiya ilə mübarizədə də belə oldu. 

Şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı yox idi, amma karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başladı və çağırış həyata keçirildi. Çağırışçılar arasında bir-iki fakt qeydə alındı", Z.Həsənov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi