Azərbaycana məxsus 3 hərbi gəmi Mahaçqala limanına yaxınlaşıb

Azərbaycana məxsus 3 hərbi gəmi Mahaçqala limanına yaxınlaşıb “Xəzər Dənizi – 2015” müsabiqəsində 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisi iştirak edəcək
Hərbi
29 İyul , 2015 01:53
Azərbaycana məxsus 3 hərbi gəmi Mahaçqala limanına yaxınlaşıb

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər "Xəzər kuboku - 2015" adlı beynəlxalq müsabiqəsində iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının Mahaçqala şəhərinin limanına yaxınlaşıblar.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, cari ilin avqust ayının 3-dən 15-dək keçirilməsi planlaşdırılan “Xəzər Dənizi – 2015” beynəlxalq müsabiqəsində Azərbaycana aid 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisi iştirak edəcək.

Müsabiqədə ümumilikdə dörd ölkənin gəmilərinin heyəti çıxış edəcək. Onlar qoyulan marşrut üzrə dairə vuracaq, kiçik ölçülü dəniz və hava hədəflərini, üzən minaları vurmaq üzrə hərbi tapşırıqlar yerinə yetirəcəklər.

Bundan sonra onlar gəmini lövbər dayanacağına gətirəcəklər, lövbər salacaqlar, bayraqların yardımı ilə siqnallarla təhvil-təslimi yerinə yetirəcəklər. Sonra iştirakçılara “qəzaya uğrayan” gəminin koordinatları veriləcək.

Gəmi heyətindən hadisə yerinə getmək, xilasetmə işləri aparmaq və sərnişinləri gəminin göyərtəsinə qaldırmaq tələb olunacaq.

Son xəbərlər

Orphus sistemi