"Mən təhlükəsizlik və sülh məsələlərində aparıcı mövqedə olmaq istəyinizə görə Sizi və ölkənizi təqdir edirəm. Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfənin davam etdirilməsi, əsgərlərinizin orada müşahidə etdiyimiz xidməti tərəfimizdən yüksək qiymətləndirilir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
"Bir az bundan əvvəl Sizin baş qərargah rəisi ilə görüşmək imkanım oldu və bu yaxınlarda Əfqanıstandakı səhra komandiri ilə Həmid Kərzai beynəlxalq hava limanında əsgərlərin xidmətini müzakirə etdim. Onlar cəsarətlə xidməti davam etdirirlər və qeyd etməliyəm ki, NATO-nun Əfqanıstana cəlb edilməsi ilə bağlı məsləhətləşmələr zamanı həmişə bütün əsgərlərinizin mühafizəsi məsələsi nəzərə alınacaqdır. Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə görə təqdir edirik. Bu, Əfqanıstan sərhədlərinin xaricindən terror dəstələrinin ölkəyə daxil olmasının qarşısını almaqda bizim səylərimizə çox böyük təsir göstərir. Hesab edirəm ki, missiya yaxşı fəaliyyət göstərməyə davam edir və Sizin əsgərləriniz bu missiyanın böyük bir tərkib hissəsidir", - NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı əlavə edib.