Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə "F-16" qırıcı təyyarələri ilə şərti olaraq terrorçuların yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər. Təlim əməliyyatı zamanı şərti döyüşə girən "F-16" qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terrorçular və onların yerləşdikləri ərazi məhv edilib.
Təlimlər davam edir.



