Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib

Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib Tədbirin əsas məqsədi Cənubi Qafqazda və Balkanlarda regional təhlükəsizlik məsələləri barədə məlumat mübadiləsinin möhkəmləndirilməsi olub
Hərbi
30 Aprel , 2016 16:42
Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan ilə Sloveniya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına uyğun olaraq “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Sloveniya Silahlı Qüvvələrinin nümayəndələri Loen Reçnik və polkovnik Aleksandr Murko Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Balkanlarda mövcud vəziyyət” və “Beynəlxalq missiyalara Sloveniyanın baxışı” mövzularında brifinqlər təqdim edib.

Tədbirin əsas məqsədi Cənubi Qafqazda və Balkanlarda regional təhlükəsizlik məsələləri barədə məlumat mübadiləsi, o cümlədən Silahlı Qüvvələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi olub.

Son xəbərlər

Orphus sistemi