Azərbaycan və Serbiya müdafiə nazirləri arasında görüş olub

Azərbaycan və Serbiya müdafiə nazirləri arasında görüş olub Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi təhsil, hərbi səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Hərbi
27 Sentyabr , 2016 14:27
Azərbaycan və Serbiya müdafiə nazirləri arasında görüş olub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Serbiyanın müdafiə naziri Zoran Corceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi təhsil, hərbi səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də hərbi-texniki istiqamətində birgə layihələrin potensialı müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi