Azərbaycan və Rusiya Müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya Müdafiə nazirləri arasında telefon danışığı olub Söhbət zamanı iki ölkənin hərbi qurumlarının əlaqələri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə olunub
Hərbi
5834
18 İyul , 2020 15:35
Azərbaycan və Rusiya Müdafiə nazirləri arasında telefon danışığı olub

Bu gün Azərbaycan və Rusiya Müdafiə nazirləri Zakir HəsənovSergey Şoyqu arasında telefon danışığı baş tutub.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-ləri hərbi-diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Şənbə günü səhər saatlarında rəsmi Bakının təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkənin hərbi qurumlarının əlaqələri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə olunub”, - mənbə deyib.

Rusiya Müdafiə naziri həmçinin Zakir Həsənova iyulun 17-də, cümə günü başlayan Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.

Orphus sistemi