Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik
General-mayor Hüseyn Dehqanın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq general-mayor Hüseyn Dehqan Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan və İranın münasibətlərində qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və ölkə başçısı cənab
General-polkovnik Zakir Həsənov bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın problemini, o cümlədən münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını diqqətə çatdırıb.
General-mayor Hüseyn Dehqan öz növbəsində dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq ənənələrinə əsaslandığını, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və hərbi sahədə böyük əməkdaşlıq potensialının olduğunu vurğulayaraq İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini bir daha bəyan edib.
Sonra Azərbaycan və İran Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və müdafiə sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin də iştirak edib.