Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı təliminə hazırlıq məsələləri müzakirə olunur

Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı təliminə hazırlıq məsələləri müzakirə olunur Bakı. 7 mart. REPORT.AZ/ Türkiyənin Ərzurum şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə hazırlıq məsələləri müzakirə olunur. 
Hərbi
7 Mart , 2018 11:26
Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı təliminə hazırlıq məsələləri müzakirə olunur

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyənin Ərzurum şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə hazırlıq məsələləri müzakirə olunur. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan ordusunun nümayəndələri müzakirələrdə iştirak edirlər. 

Bundan başqa, Azərbaycan hərbçiləri Belqrad şəhərində (Serbiya Respublikası) “REGEX-18” komanda qərargah təlimində, Kastelqeyt şəhərində (AFR) “Trident Jaguar 2018” və Ramştayn şəhərində (AFR) “Ramstein Ambition 2018” təlimlərinin planlaşdırma konfranslarında, eləcə də İzmir şəhərində (Türkiyə Respublikası) hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursunda iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi