Azərbaycan və Türkiyə ordusu poliqonlarda çiyin-çiyinə - təlimlər başladı

Azərbaycan və Türkiyə ordusu poliqonlarda çiyin-çiyinə - təlimlər başladı Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır
Hərbi
30 İyul , 2020 12:35
Azərbaycan və Türkiyə ordusu poliqonlarda çiyin-çiyinə - təlimlər başladı
0 : 00
0 : 00

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.

Son xəbərlər

Orphus sistemi