Azərbaycan tankçıları müsabiqədə yarımfinala yüksəldi

Azərbaycan tankçıları müsabiqədə yarımfinala yüksəldi “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.
Hərbi
31 Avqust , 2020 12:18
Azərbaycan tankçıları müsabiqədə yarımfinala yüksəldi
0 : 00
0 : 00

“Beynəlxalq Ordu Oyunları - 2020”nin “Tank biatlonu” müsabiqəsinə qatılan Azərbaycan tankçıları yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində mübarizə aparıblar.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, onlar qrupda Çin, Belarus və Serbiya tankçılarına qarşı fərdi ustalıqlarını nümayiş etdiriblər.

Azərbaycan komandası müsabiqənin şərtlərinə əsasən, sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi