Deputat: “Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə seçilirlər”

Deputat: “Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə seçilirlər” “Bu yaxınlarda Azərbaycan üçün yeni olan bir bölgədə – Cənubi Sudanda sülhməramlılarımızın fəaliyyətə başlaması ölkəmizin dünyada oynadığı sülhyaratma roluna verilən yüksək qiymətdir”.
Hərbi
9 Aprel , 2020 11:06
Deputat: “Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə seçilirlər”

“Bu yaxınlarda Azərbaycan üçün yeni olan bir bölgədə – Cənubi Sudanda sülhməramlılarımızın fəaliyyətə başlaması ölkəmizin dünyada oynadığı sülhyaratma roluna verilən yüksək qiymətdir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, sülhməramlıların Müdafiə Nazirliyinin xüsusi hərbi hissəsində hazırlıq keçdiklərini bildirib:

“Hərbçilərimiz müxtəlif münaqişə bölgələrində sülhyaratma prosesində fəal iştirak edirlər. Azərbaycanın sülhsevər ölkə olduğu bizim həm həyata keçirdiyimiz xarici siyasətlə, həm də zərurət olan bölgələrə sülhməramlı qrup göndərməyimizlə öz təsdiqini tapır. İndiyə qədər Azərbaycan dünyanın müxtəlif ölkələrində sülhməramlılarla təmsil olunub. Hazırda belə qrupumuz Əfqanıstanda var. Vaxtilə 25 nəfərlə biz orada təmsil olunurduq, amma Azərbaycan əsgərlərinin nümunəvi xidməti Əfqanıstan hökuməti tərəfindən yüksək qiymətləndirildi. Onların təşəbbüsü ilə bizim hərbçilərimizin sayı bir neçə dəfə artırıldı. İndiyə qədər Azərbaycan sülhməramlıları arasında hər hansı bir itki olmayıb. Onlar yerli əhali ilə münaqişə yaşamayıblar. Bu, sülhməramlılarımızın xüsusi hazırlığı ilə bağlıdır”.

Deputat Aydın Mirzəzadə:

"İndiyə qədər Azərbaycan sülhməramlıları arasında hər hansı bir itki olmayıb. Onlar yerli əhali ilə münaqişə yaşamayıblar. Bu, sülhməramlılarımızın xüsusi hazırlığı ilə bağlıdır”.

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə

A.Mirzəzadə sülhməramlıların ezam olunduqları ölkənin adətinə, yerli xüsusiyyətlərinə tam bələd olduqlarını deyib:

“Bir qayda olaraq ora göndərilən əsgərlərimiz və zabitlərimiz xarici dili mükəmməl bilirlər. Digər tərəfdən onlar yerli xüsusiyyəti dərindən öyrənirlər və bizim sülhməramlı hərbi qrupumuz yerli adətlərə böyük hörmətlə yanaşırlar.

Hazırda Cənubi Sudanda da sülhməramlılarımız var. Azərbaycanın yeni bir ölkədə sülhməramlıları ilə təmsil olunması ölkəmizin beynəlxalq arenada qazandığı nüfuzun göstəricisidir. Eyni zamanda Azərbaycan ötən ildən başlayaraq Qoşulmama Hərəkatına sədrlik edir. Burada 120-dən çox ölkə, o cümlədən Cənubi Sudan təmsil olunur. Hərbi təmsilçilərimizin orada iştirakı bu ölkədə də Azərbaycanın daha yaxşı tanınmasına, təbliğinə, iki ölkə arasında əlaqələrin genişlənməsinə səbəb olacaq”.

Politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan Ordusu zabitlərinin digər ölkələrin nümayəndələri ilə birlikdə Cənubi Sudanda sülhməramlı missiyada iştirak etməsi rəsmi Bakının dünyada sülh tərəfdarı olduğunu göstərir.

"Bu, bizim sülh tərəfdarı olduğumuzun göstəricisidir”.

İlyas Hüseynov

Политолог Ильяс Гусейнов:

O xatırladıb ki, Azərbaycan sülhməramlıları indiyə qədər dünyanın müxtəlif yerlərində sülhyaratma əməliyyatlarında iştirak edib: “Hərbçilərimiz İraqda və Kosovada da qısa və uzun müddətli sülhməramlı proseslərdə təmsil olunublar. Hazırda bu missiya Əfqanıstan və Cənubi Sudanda davam edir. Azərbaycan hərbçiləri bu ölkələrdə xidmət edərək beynəlxalq sülhməramlı hadisələrdə iştirakçı olurlar. Bu proseslərin bəziləri NATO-nun komandanlığı ilə həyata keçirilir və bunu da NATO-Azərbaycan əməkdaşlığı kimi də qiymətləndirmək olar.

Cari ilin yanvarından azərbaycanlı hərbi qulluqçular sülhməramlı kimi öz missiyalarını Cənubi Sudanda davam etdirməyə başlayıblar. Bununla bağlı 2018-ci ilin noyabrının 30-da BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etmək üçün komandanlığa müraciət olunub və Azərbaycan Milli Məclisi razılıq verib. Sülhməramlı qüvvələrin tərkbində dörd hərbçi iştirak edib; üç zabit və bir müşahidəçi.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu NATO-nun Əfqanıstanda həyata keçirdiyi qətiyyətli dəstək missiyasında iştirak edir. Sudandakı azərbaycanlı sülhməramlıların fəaliyyəti beynəlxalq komandanlıq tərəfindən yüksək qiymətləndirilib. Hərbçilərimiz Cənubi Sudanın Cuba şəhərində fəaliyyət göstərirlər.

Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın genişləndirilməsi üçün bütün səylərini səfərbər edir. Proseslərin davam etməsi gərəklidir. Bu, bizim sülh tərəfdarı olduğumuzun göstəricisidir”.

Son xəbərlər

Orphus sistemi