Azərbaycan sülhməramlıları Cənubi Sudanda xidmətə başlayıb

Azərbaycan sülhməramlıları Cənubi Sudanda xidmətə başlayıb Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gedib.
Hərbi
30 Yanvar , 2019 16:07
Azərbaycan sülhməramlıları Cənubi Sudanda xidmətə başlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gedib.

Bu barədə "Report"a  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, azərbaycanlı zabitlər BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.

Qeyd edək ki, keçən il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

Son xəbərlər

Orphus sistemi