Azərbaycan snayperləri yarışların növbəti mərhələsinə yüksəliblər

Azərbaycan snayperləri yarışların növbəti mərhələsinə yüksəliblər Ermənistan snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər
Hərbi
4 Avqust , 2017 19:18
Azərbaycan snayperləri yarışların növbəti mərhələsinə yüksəliblər
Mod.gov.az

Bakı. 4 avqust. REPORT.AZ/ Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan snayperləri ilə yanaşı Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.

Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər.

Son xəbərlər

Orphus sistemi